Главная > Dünya > Ermənistan ordusunda RÜŞVƏT

Ermənistan ordusunda RÜŞVƏT


10-11-2017, 17:20.

                Ermənistan ordusunda RÜŞVƏT

 

Ermənistan silahlı qüvvələrində baş verən mənfi hallarla artıq kimisə təəccübləndirmək çətindir.

Çünki işğalçı orduda qanunsuzluqlar, özbaşınalıqlar o həddə çatıb ki, artıq həm hərbçilər, həm də ictimaiyyət bunu normal hal kimi qəbul etmək məcburiyyətindədir.

AZƏRTAC xəbər verir ki, Ermənistanda hərbi xidmətdən möhlətlə bağlı qanuna edilən dəyişikliklər geniş etirazlara səbəb olduğu bir vaxtda, düşmən ordusu ilə əlaqədar daha bir rüsvayçılıq ortaya çıxıb. Ermənistan sosial şəbəkələrində zabit ailələri belə bir xəbər paylaşıblar ki, noyabrın 15-də hərbi qulluqçular üçün tikilən mənzillər paylanacaq. İlk baxışda bu məlumatda sensasiya xarakterli heç nə yoxdur. Lakin sosial şəbəkələrdə yayılan xəbərin böyük rezonans doğurmasına səbəb bu mənzillərə ermənistanlı hərbçilərin ancaq rüşvət verməklə sahib ola biləcəkləridir. Yayılan məlumatda deyilir ki, ev almaq üçün hər bir erməni zabit mütləq üç mindən on minə qədər rüşvət verməlidir.

 


Вернуться назад