Главная > Ümumi > Karles Puçdemonun ekstradisiyası ilə bağlı dinləmələr başlayacaq

Karles Puçdemonun ekstradisiyası ilə bağlı dinləmələr başlayacaq


6-11-2017, 19:19.

                     Karles Puçdemonun ekstradisiyası ilə bağlı dinləmələr başlayacaq

 

Noyabrın 17-də Brüsseldə Kataloniyanın sabiq rəhbəri Karles Puçdemonun İspaniyaya ekstradisya edilməsi işi üzrə dinləmələr başlayacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, Muxtariyyətin keçmiş rəhbərinin vəkili Pol Bekar rəsmi Brüsselin onun həbsinə dair İspaniya tərəfindən verilmiş Avropa orderindən imtinasına çalışacaq.

Xatırladaq ki, noyabrın 3-də İspaniya Milli Məhkəmə Kollegiyası hazırda Belçikada olan K.Puçdemon və Muxtariyyətin dörd keçmiş hökumət üzvünün həbs edilməsinə dair qərar verib. Noyabrın 5-də Kataloniyanın keçmiş lideri və tərəfdaşları könüllü şəklildə Brüssel polisinə gedib.

Təqsirləndirilənlər dinlənildikdən sonra belçikalı hakim Puçdemon və tərfdaşlarının azadlıqda qalmasına dair qərar qəbul edib. Amma onlara Krallığın ərazisini tərk etmək qadağan olunub.

 


Вернуться назад