Главная > Ümumi > Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin tarixi açıqlanıb

Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin tarixi açıqlanıb


6-11-2017, 19:49.

     Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin tarixi açıqlanıb

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edəcək.


"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, səfər çərçivəsində o, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

İki ölkə liderlərinin görüşü Soçidə keçiriləcək.

R.T.Ərdoğan və V.Putin Suriya məsələsi ilə bağlı Astana danışıqlarına terrorçu PKK-nın Suriyadakı qolu olan "PYD” cəlb edilməsini, Türkiyənin Suriyanın Afrin bölgəsində keçirəcəyi əməliyyatı, Moskvanın Ankaraya "S-400” zenit-raket kompleksləri satmasını müzakirə edəcəklər.

Qeyd edək ki, Türkiyə prezidenti oktyabrın 31-də Azərbaycana səfərdən qayıdarkən təyyarənin göyərtəsində jurnalisltələrə bildirmişdi ki, yaxın bir-iki həftə ərzində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. O, Vl.Putinlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini də müzakirə etməyi planlaşdırdığını da vurğulamışdı.

Xatırladaq ki, Türkiyə və Rusiya prezidentləri sonuncu dəfə 2017-ci il sentyabrın 28-də Ankarada görüşüb.

R.T.Ərdoğan Rusiyadan sonra noyabrın 14-də Küveytə səfər edəcək.


Вернуться назад