Главная > Ölkə / GÜNDƏM > Həbs edilən müstəntiq azadlığa buraxıldı

Həbs edilən müstəntiq azadlığa buraxıldı


22-01-2016, 16:41.

rufet-seferov-azad-edildi2

Yanvarın 15-də həbs edilmiş keçmiş müstəntiq Rüfət Səfərov azadlığa buraxılıb. Binəqədi rayon məhkəməsində onun ev dustaqlığına buraxılmasına dair vəsatətə baxılıb və vəsatət təmin edilib.

Bu barədə məhkəmədə olan əməkdaşımız xəbər verib.

Xatırladaq ki, Rüfət Səfərov dekabrın 20-də ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, prokurorluqdan istefa verib və hökuməti tənqid edib. Bundan dərhal sonra Baş Prokurorluqdan onun çalışdığı Zərdab Rayon Prokurorluğuna yoxlama göndərilib. Eyni zamanda, Zərdab rayonunda Rüfət Səfərovun yaşadığı evdə axtarış aparılıb, mənzildən kompüter və telefon götürülüb. Yanvarın 11-də isə Zərdab rayonunun prokuroru Süleyman Süleymanov vəzifəsindən azad edilib.

Rüfət Səfərov azadlığa çıxdıqdan sonra ona dəstək verənlərə təşəkkürünü çatdırıb. Keçmiş müstəntiq Facebook səhifəsində yazır:

"Azdlıqda xoş görüşdük. Əziz bacı və qardaşlarım! Vicdan və ədalət hissini göz ardı etməyən insanlar! Azad media təmsilciləri! Vətəndaş cəmiyyətinin ləyaqətli kəsləri! Mən Rufət Səfərov olaraq verdiyiniz dəstəyə görə sidq-ürəkdən minnətdarlıq edirəm. Mənə dəstək verənləri əmin edirəm ki, şərəflə doğuldum, şərəflə yaşayıram, şərəflə də öləcəyəm! Bu qədər”!

rufet-seferov-azad-edildi2


Вернуться назад