Главная > Dünya > Türkiyədə PKK terrorçularının hücumu zamanı 1 əsgər şəhid olub

Türkiyədə PKK terrorçularının hücumu zamanı 1 əsgər şəhid olub


7-11-2017, 09:28.

           Türkiyədə PKK terrorçularının hücumu zamanı 1 əsgər şəhid olub

 

Türkiyədə PKK terrorçularının hücumu zamanı 1 əsgər şəhid olub.

"Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumatda qeyd edilir ki, terrorçular Vanın Çaldıran rayonuna hücum ediblər. Türk əsgərləri terrorçuların hücumuna dərhal cavab veriblər. Hərbçilərlə terrorçular arasında baş vermiş atışmada bir əsgər şəhid olub.

Qaçan terrorçuların yaxalanması üçün bölgədə havadan dəstək verilən əməliyyat başlayıb.

 


Вернуться назад