Главная > Baş Xəbər > Suriyada rusiyalı jurnalistlər yaralanıb - Foto
Suriyada rusiyalı jurnalistlər yaralanıb - Foto7-11-2017, 08:45. |
Suriyada idarə olunan partlayıcı qurğunun partlaması nəticəsində Rusiyanın NTV və "Zvezda” telekanallarında çalışan jurnalistlər yaralanıb.APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir. "Noyabrın 6-da rusiyalı jurnalistlər Deyr əz-Zor şəhərinin küçələrinin birində çalışarkən, terrorçuların məsafədən idarə olunan partlayıcı qurğusu partladılıb. Partlayış nəticəsində 4 rusiyalı jurnalist və Rusiya ordusunun 5 istehkamçısı yaralanıb. Yaralılar "Xmeymim” aviabazasına çatdırılıb. Onların həyatına hazırda heç bir təhlükə yoxdur.
Вернуться назад |