Главная > İdman > "Çelsi"də qalmaqal

"Çelsi"də qalmaqal


6-11-2017, 21:18.

                            "Çelsi"də qalmaqal

 

"Çelsi"nin baş məşqçisi Antonio Konte ilə futbolçusu David Luis arasında münaqişə yaranıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə, məhz bu səbəbdən italiyalı mütəxəssis braziliyalı müdafiəçini İngiltərə Premyer Liqasının 11-ci turunda "Mançester Yunayted"ə qarşı matçda (1:0) oynatmayıb.

A.Konte D.Luisin Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Roma"ya 0:3 hesabı ilə uduzduqları matçda etdiyi hərəkətlərdən narazı qalıb.

O bildirib ki, D.Luis çox çalışmalıdır: "Əks təqdirdə o ehtiyat oyunçular skamyasında oturacaq".

Qeyd edək ki, "Çelsi" "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir.

 


Вернуться назад