Главная > Siyasət > ABŞ və Yaponiya Şimali Koreyaya maksimum təzyiq göstərəcəklər
ABŞ və Yaponiya Şimali Koreyaya maksimum təzyiq göstərəcəklər6-11-2017, 10:11. |
ABŞ və Yaponiya Koreya Xalq Demokratik Respublikasına maksimum təzyiq göstərmək üçün razılığa gəliblər. Trend-in məlumatına görə, bu barədə Yaponiyanın baş naziri Sindzo Abe Tokioda ABŞ prezidenti Donald Trampla görüşünün yekunu üzrə mətbuat konfransında bəyan edib. O qeyd edib ki, təzyiqdə məqsəd Şimali Koreyanın nüvə işlərinin dayandırılmasıdır: "İndi dialoq xətrinə dialoq aparmağın vaxtı deyil. Artıq Koreya Xalq Demokratik Respublikasına təzyiq göstərməyin vaxtıdır".
Вернуться назад |