Главная > Problem > Xaçmaz rayon rəhbərliyindən bayrağa qarşı hömətsizlik - CIRILDI+FOTOLAR

Xaçmaz rayon rəhbərliyindən bayrağa qarşı hömətsizlik - CIRILDI+FOTOLAR


22-01-2016, 13:54.

Bu günlərdə ölkəmizin müxtəlif bölgələrindən milli atributlarımıza qarşı laqeyidlik, məsuliyyətsizlik və digər neqativ hallarla bağlı yazılar daxil olmaqdadır. Bir çox rayonlarda bayrağımıza, tarixi şəxlərimizin abidələrinə qarşı açıq-aşkar laqeyidlik hiss olunmaqdadır.

Növbəti yazı isə Xaçmaz rayonundan daxil olub. Rayonun bayraq meydanından daxil olan neqativ mənzərəni 7News.az olaraq işıqlandırmaq qərarına gəldik.

Demək olar Xaçmazın bütün tərəflərindən görünən bayraq cırılmış halda dalğalanmaqdadır. Bayraq tək Xaçmazdan deyil, eyni zamanda, qonşu rayonlardan da aydın şəkildə görünməkdədir. Bayrağın endirilməsi, bərpa edilərək yenidən ucaldılması çətin texniki proses olmasa da, görünür kimlərsə bu məsələdən xüsusi "zövq” alırlar.

Məlumat üçün qeyd edək ki, Xaçmaz rayon icra başçısı Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 30 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə təyin edilib.  Şəmsəddin Xanbabayev cəmiyyətdə olduqc böyük nüfuza və hörmətə malik olduğunu nəzərə alaraq bu hadisənin ona qarşı təxribat olduğunu da zənn etmək olar.




Вернуться назад