Главная > Cəmiyyət > Büdcə təşkilatlarında çalışanlara mesaj: “Müxalifətlə əlaqə yaradın”

Büdcə təşkilatlarında çalışanlara mesaj: “Müxalifətlə əlaqə yaradın”


5-11-2017, 21:56.

    Büdcə təşkilatlarında çalışanlara mesaj: "Müxalifətlə əlaqə yaradın”

 

Müsavat Partiyasının Məclis üzvüValeh Hümmətoğlu noyabrın 3-də paytaxtın mərkəzində keçirilən son aksiyadan sonra cəmiyyətin dəyişikliklərə ümidləndiyini bildirib.

"Bu aksiyadan sonracəmiyyətruhlanıb, müxalifətə aidiyyatı olmayan adamlar belə bizi təbrik edir, mənəvi dəstəklərini bildirirlər”, – Valeh Hümmətoğlu "Basta”ya açıqlamasında deyib.

Valeh Hümmətoğlu büdcə təşkilatlarında çalışan və ölkədəki mövcud durumun dəyişməsini arzulayanlara maraqlı mesaj ünvanlayıb.

"Müəllimlər var ki, ürək ağrısı ilə təhsilimizin bu günündən, təhsil sistemini bürüyən rüşvətxorluqdan, hətta dərs saatlarının belə satılmasından gileylənirlər. Həkimlər var ki, səhiyyəmizin bərbad durumundan danışırlar. Büdcə təşkilatında çalışan adamların özləri də rüşvətxorluğun, qohumbazlığın açıqdan-açığa, heç kimdən çəkinmədən həyata keçirildiyindən gileylənirlər. Mövcud vəziyyətlə barışmayan kifayət qədər namuslu insanlarımız var. Onlarölkədə bu iqtidarın qanunsuz hərəkətətlərinə qarşı mübarizə aparan müxalifəti izləməklə kifayətlənməli deyillər”, – Valeh Hümmətoğlu bildirib.

"Biz də bilirik ki, onların müxalifətə qoşulması özlərinə müəyyən problem yaradar. Amma bu, susqunluğa haqq vermir. Demək olar ki bütün ölkə boyu müxalifətpartiyalarının yerli təşkilatları, nümayəndələri var. Və bu insanları yaşadığı ərazilərdə hamı tanıyır. Amma bu müxalifət nümayəndələrinin yaşadığı ərazidə – rayonda, ölkədə ədalətli və demokratik cəmiyyətin qurulmasını arzulayan adamların hamısını tanımaq imkanı məhduddur. Ona görə bu insanlar fəaliyyətini qəbul elədiyi müxalifət təşkilatları ilə özləri əlaqə yaradıb, hətta bu təşkilatlara üzv olmasalar belə, öz ixtisasları ilə əlaqədar təkliflərini çatdırmalıdırlar” – deyə, Müsavat funksioneri təklifini izahedib.

"Ölkədə gec-tez demokratikhakimiyyət qurulanda bu insanlar diqqət mərkəzindəolmalıdır.Bunun bir əhəmiyyəti də ondadır ki, hakimiyyət dəyişdikdən sonra milli hökumət bacarıqlı kadr qıtlığı ilə üzləşməsin”- deyə, Valeh Hümmətoğlu büdcə təşkilatlarında çalışanlara mesaj ötürüb.

Bastainfo.com

 


Вернуться назад