Главная > Ümumi > Gömrükçülər ölkəyə qanunsuz yolla telefon keçirən şəxsi tutublar

Gömrükçülər ölkəyə qanunsuz yolla telefon keçirən şəxsi tutublar


22-01-2016, 13:45.

 

Gömrükçülər üç adda 21 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar.Lent.az -ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Kamal Eyvazov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülərək ona məxsus çantaya və üzərinə baxış keçirilib.

 

Yoxlamadan əvvəl sorğu-sual zamanı K. Eyvazov çantasında və üzərində gömrük nəzarətinə təqdim ediləsi əşyanın olmadığını bildirsə də, onun qeyri-səmimiliyi diqqət çəkib. Yoxlamanın nəticələri isə gömrükçülərin şübhələrini təsdiqləyib.

 

Çantadakı şəxsi əşyaların arasından 8 ədəd "ASUS Zenfone GO” və 1 ədəd "İphone 6S” markalı mobil telefon aşkar olunub.

 

K. Eyvazovun üzərində şəxsi yoxlama zamanı isə əynindəki pencəyin və gödəkcənin ciblərindən 11 ədəd "Samsung Galaxy Grand Prime” və daha 1 ədəd "ASUS Zenfone GO” markalı mobil telefon aşkar edilib.

 

Faktla bağlı  araşdırma aparılır.

 


Вернуться назад