Главная > Cəmiyyət > Bakıda xeyriyyəçiliklə məşğul olan qız itkin düşüb

Bakıda xeyriyyəçiliklə məşğul olan qız itkin düşüb


2-11-2017, 21:39.

                            Bakıda xeyriyyəçiliklə məşğul olan qız itkin düşüb

 

Paytaxtın Nəsimi rayonunda 27 yaşlı Nigar Bayramlı itkin düşüb.

1news.az-ın məlumatına görə, onu sonuncu dəfə "28 May” metrostansiyası yaxınlığında, Səməd Vurğun bağında görüblər.

N.Bayramlı "Azərbaycan Uşaqlar Birliyi”ndə işləyir və xeyriyyəçiliklə məşğul olur. Evdən çıxarkən, o, anası və qardaşına vida məktubu qoyub. Bundan əlavə Nigar iki mobil telefonunu və zinət əşyalarını da özü ilə götürməyib.

Polis Nigar Bayramlının yeri barədə məlumatı olan hər kəsdən DİN-in qaynar xətti "102”-yə və ya Nəsimi Rayon Polis İdarəsinə müraciət etməsini xahiş edir.

 


Вернуться назад