Главная > Baş Xəbər > Türk ordusu 8 şəhidin qisasını aldı: 31 ölü

Türk ordusu 8 şəhidin qisasını aldı: 31 ölü


2-11-2017, 21:25.

                      Türk ordusu 8 şəhidin qisasını aldı: 31 ölü

 

Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatına qarşı Hakkari, Tunceli və Şırnakda əməliyyatlar həyata keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, əməliyyatlar nəticəsində PKK-nın 31 üzvü məhv edilib. Hakkaridə 19, Tuncelidə 9, Şırnakda isə 3 PKK-çı zərərsizləşdirilib.

Bölgədə əməliyyatlar davam etdirilir.

Xatırladaq ki, bu gün terrorçulara qarşı Hakkaridə aparılan əməliyyatların gedişində 6 əsgər və 2 gözətçi həlak olub. Şəhid ailələrinə başsağlığı verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son terrorçu yox olanadək əməliyyatların davam edəcəyini bildirib.

 


Вернуться назад