Главная > Dünya > Hindistanda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb

Hindistanda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb


2-11-2017, 15:07.

     Hindistanda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb

 

Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında istilik elektrik stansiyasında baş vermiş partlayış nəticəsində həlak olanların sayı 26 nəfərə çatıb. Bu barədə məlumatı Hindustan Times qəzeti yayıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, partlayış zamanı, həmçinin 64 nəfər yaralanıb. Onların bir çoxu ağır vəziyyətdədir.

İnsidentin baş verdiyi elektrik stansiyasına dövlət istilik-energetika korporasiyası xidmət göstərir. Kompaniyanın məlumatına görə, partlayış güclü səs, qaz və buxar püskürməsi ilə müşayiət olunub. Hadisəyə texniki nasazlığın səbəb olduğu ehtimal edilir.

 


Вернуться назад