Главная > Aktual > Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 283 nəfər tutulub

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 283 nəfər tutulub


2-11-2017, 15:16.

                    Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 283 nəfər tutulub

 

Türkiyədə 11 gün ərzində keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinən 283 nəfər tutulub.


"Report” CNNTurk-ə istinadən xəbər verir ki, bu haqda Polis İdarəsi məlumat yayıb.

İnformasiyaya əsasən, əməliyyat 25 əyalətdə 22 oktyabr-22 noyabr tarixləri arasında keçirilib. Bu müddət ərzində keçirilən antiterror əməliyyatları nəticəsində Türkiyənin 96, xarici dövlətlərin isə 187 vətəndaşı tutulub. Beləliklə, 11 gün ərzində 283 şübhəli saxlanılıb.


Вернуться назад