Главная > GÜNDƏM > Ərdoğan Qarabağın taleyinin Putindən asılı olduğunu dedi
Ərdoğan Qarabağın taleyinin Putindən asılı olduğunu dedi2-11-2017, 14:16. |
Ərdoğan Qarabağın taleyinin Putindən asılı olduğunu dediDağlıq Qarabağ məsələsində biz gələcəkdə də Azərbaycanın haqlı mübarizəsini dəstəkləyəcəyik. Virtualaz.org "Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə prezidenti əmin edib ki, münaqişənin müvafiq həlli üçün səylərini əsirgəməyəcək. "Biz hörmətli Putinlə görüşüb bu məsələnmi müzakirə edəcəyik. Çünki o bu məsələnin həlli ilə məşğul olarsa, nəticənin əldə edilməsi daha da asan olafcaq”, - Ərdoğan qeyd edib. Türkiyəli lider Azərbaycanla imzalanmış sazişlərdən məmnunluğunu ifadə edib. Ərdoğan həmçinin qeyd edib ki, 2018-ci ildə tərəflər Qafqaz İslam Ordusunun yaradılmasının 100 illiyini birgə qeyd edəcəklər.
Вернуться назад |