Главная > Region > Neftçalada kənd Bələdiyyəsinin sədri I qrup əlilə qarşı təxribat edir - Yerli hüquqmühafizə orqanları isə susur
Neftçalada kənd Bələdiyyəsinin sədri I qrup əlilə qarşı təxribat edir - Yerli hüquqmühafizə orqanları isə susur1-11-2017, 18:00. |
Neftçalada kənd Bələdiyyəsinin sədri I qrup əlilə qarşı təxribat edir - Yerli hüquqmühafizə orqanları isə susur
"Qismət Qafarov məhz bu kimi qanunsuz əməllərinə görə
2007-ci ildə kənd icra nümayəndəsi vəzifəsindən qovulub. Həmin vaxt kənd qəbiristanlığının
dəmir hasarlarının sökülərək bir qisminin satılmasına, yerdə qalanını isə rəhbərlik
etdiyi idarənin qarşısına yığılmasına göstəriş verən Qismət Qafarov kənd sakinlərinin
təpkisi nəticəsində görəvindən qovulmuşdu.”
audio=http://
]
- Daha sonra kənd ərazisindən bələdiyyə sədrinin hər
hansı yardımı olmadan 8 hektar əkinə yararlı torpaq sahəsi icarəyə götürdüm.
Fiziki qüsurlu olmama rəğmən hər hektardan 45 sentner məhsul götürdüm. Lakin bu
uğurum Neftçala rayonu Xolqarbucaq kənd bələdiyyəsinin sədri Qismət Qafarova
xoş gəlmədi. İlk yığım zamanı rayon pambıq zavoduna təhvil vermək üçün hərəkətdə
olan taraktorun məhsulla dolu lafetinə bilərəkdən od vuruldu. Yanğın FHN-nin
yanğınsöndürmə idarəsinin müdaxiləsi ilə söndürülməsəydi daha ağır nəticələr
ola bilərdi. Xatırladım ki, məhsulun sahibi mən olsam da, texnika pambıq
zavoduna məxsus idi. Bir müddət sonra kənd bələdiyyəsinin sədri Qismət Qafarov
7-8 nəfərlə birləşərək mənə qarşı yeni təxribat planladı. Belə ki, bələdiyyə sədri
mənim əkin sahəmə gedən yolu və ona bitişik ərazini müvafiq qərarla başqa bir şəxsə
verdi. Məsələnin ən kritik tərəfi isə həmin şəxsin mənə məxsus əkin sahəsinə
gedən yolu da tutması və şumlatdırmasıdır. Bu hadisədən sonra mən nə əkin sahəmdə
çalışa, nə də ora texnika apara bilirəm. Belə olan təqdirdə min bir əziyyətlə əkib
becərilən məhsul zay olur. Xatırladım ki, Qismət Qafarov məhz bu kimi qanunsuz əməllərinə
görə 2007-ci ildə kənd icra nümayəndəsi vəzifəsindən qovulub. Həmin vaxt kənd qəbiristanlığının
dəmir hasarlarının sökülərək bir qisminin satılmasına, yerdə qalanının isə rəhbərlik
etdiyi idarənin qarşısına yığılmasına göstəriş verən Qismət Qafarov kənd sakinlərinin
təpkisi nəticəsində görəvindən qovulmuşdu. Kənd qəbirstanlığının hasarının bərpası
öhdəliyini götürsə də, bu günə qədər həmin öhdəliyi də yerinə yetirməyib. Onu
da qeyd edim ki, Qismət Qafarov oğlunun adına 50 hektar, yeznəsinn adına isə
100 hektar sahədə pambığ əkib. Bu qədər əraziyə sahiblənmiş bələdiyyə sədri mənim
min bir zəhmətlə ərsəyə gətirdiyim 8 hektara da göz tikib. Əlavə olaraq
bildirim ki, Qismət Qafarovun bələdiyyə sədrliyi də qanunsuzdur. O bu görəvə
seçilməyib. Вернуться назад |