Главная > İdman > "Qarabağ" Madriddən xalla qayıdır
"Qarabağ" Madriddən xalla qayıdır1-11-2017, 01:47. |
"Qarabağ" Madriddən xalla qayıdırBu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start verilib. Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ” səfərdə Madrid "Atletiko”sunun qonağı olub. Bakıda keçirilən ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə etməyi bacaran Ağdam təmsilçisi Madriddə də tarix yazmağı bacarıb. İspaniyada da rəqibi ilə 1:1 hesablı bərabərə qalan Qurban Qurbanovun yetirmələri aktivinə növbəti xalı yazdırıb. Qrupun digər oyununda "Roma” isə "Çelsi”ni 3:0 hesabı ilə darmadağın edib. UEFA Çempionlar Liqası "Atletiko”
– "Qarabağ” 1:1 Qırmızı
vərəqə: Pedro Enrike, 59, Stefan Saviç, 88 "Atletiko”: 13. Yan Oblak, 2. Dieqo Qodin, 3.
Filipe Luis, 5. Tomas Partey, 7. Antuan Qrizmann, 8. Saul Niqes, 11. Anxel
Korrea, 14. Qabi (k), 15. Stefan Saviç, 20. Xuanfran, 21. Kevin Qameyro. "Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5.
Maksim Medvedev, 8. Miçel, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 20. Riçard
Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 90. Ramil
Şeydayev.
Вернуться назад |