Главная > Araşdırma > Koreya yarımadasında münaqişə yüz minlərlə insanın ölümünə səbəb ola bilər

Koreya yarımadasında münaqişə yüz minlərlə insanın ölümünə səbəb ola bilər


28-10-2017, 19:58.

Koreya yarımadasında münaqişə yüz minlərlə insanın ölümünə səbəb ola bilər

 

Əgər Koreya yarımadasında silahlı münaqişə başlasa, hətta nüvə silahı istifadə edilməsə belə, ilk günlərdə yüz minlərlə insan həlak ola bilər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumat ABŞ Konqresinin Tədqiqat Xidmətinin məruzəsində yer alıb. Hesablamalara görə, əgər KXDR münaqişə zamanı adi silahlardan istifadə etsə, müharibənin ilk günlərində 30 min nəfərdən 300 min nəfərədək insan ölə bilər. Analitiklər mümkün itkiləri hesablayan zaman sərhəddə Şimali Koreyanın çox sayda artilleriya qurğusunun cəmlənməsini nəzərə alıblar. Belə ki, onlar Cənubi Koreya ərazisinə dəqiqədə 10 min mərmi ata bilər.

Tədqiqat xidmətində hadisələrin kəskin inkişafını, münaqişəyə Çin, Rusiya və Yaponiyanın, hərbi əməliyyatların uzanacağı təqdirdə isə ABŞ-ın cəlb olunacağını proqnozlaşdırırlar.

"Şimali Koreyanın nüvə, bioloji və ya kimyəvi silahdan istifadəsi ilə davam edən uzunmüddətli münaqişə külli miqdarda itkilərə səbəb ola, həmçinin Yaponiya və ABŞ ərazisinə zərər vura bilər”, - deyə məruzədə vurğulanır.

Xatırladaq ki, Koreya yarımadasında vəziyyət KXDR-in raket-nüvə proqramının son zamanlar aktivləşməsi səbəbindən ciddi surətdə gərginləşib. Belə ki, sentyabrın 3-də Pxenyan hidrogen döyüş başlığının uğurlu sınağı barədə bəyanat yayıb. BMT Təhlükəsizlik Şurası bu səbəbdən Şimali Koreyaya qarşı beynəlxalq sanksiyaları kəskin şəkildə sərtləşdirib.

 


Вернуться назад