Главная > Hadisə > Bakıda yük avtomobili qatarla toqquşub

Bakıda yük avtomobili qatarla toqquşub


28-10-2017, 18:42.

                                         Bakıda yük avtomobili qatarla toqquşub

 

Bakıda yük avtomobili qatarla toqquşub.

 

"Report"un məlumatına görə, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb. Məhəmmədi qəsəbəsində 62 yaşlı Quliyev Vaqif Əsədağa oğlu idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə dəmir yol xəttində hərəkətdə olan qatarı gözləməyib. Nəticədə qatar yük avtomobilinə çırpılıb. Hadisə zamanı sürücü V. Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Fakt araşdırılır.

 


Вернуться назад