Главная > Ölkə > Bakıda Metropolitenindən sərnişin sıxlığı barədə AÇIQLAMA

Bakıda Metropolitenindən sərnişin sıxlığı barədə AÇIQLAMA


27-10-2017, 09:59.

                  Bakıda Metropolitenindən sərnişin sıxlığı barədə AÇIQLAMA

Səhər saatlarında Bakıda metroda qatarların hərəkətində gecikmələr yaranıb. Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, qtarların qrafikindəki gecikmələr və sərnişin sıxlığı depoda yaranmış texniki problemlə əlaqədar olub.

N.Paşayev Trend-ə deyib: "Səhər tezdən qatarların depodan xəttə qəbul edilməsində problem yaşandı. Yəni xəttə kifayət qədər qatar qəbul edə bilmədik. Ona görə də stansiyalarda sərnişin sıxlığı yarandı. Səhər saat 7-dən sonra artıq xəttə qatarların tam hərəkətini bərpa etdik. Buna baxmayaraq sərnişin sıxlığı var idi".

Onun sözləırinə görə, hazırda qatarların qrafiki bərpa olunub, yaxın dəqiqələrdə stansiyalardakı sərnişin sıxılığı da tam aradan qaldırılacaq.

 


Вернуться назад