Главная > Ölkə > Ağdamda yol tikintisinə 5,4 milyon manat ayrıldı

Ağdamda yol tikintisinə 5,4 milyon manat ayrıldı


27-10-2017, 19:55.

                        Ağdamda yol tikintisinə 5,4 milyon manat ayrıldı

 

Prezident İlham Əliyev oktyabrın 27-də "Ağdam rayonunun Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, iyirmi doqquz min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,4 milyon manatı "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

 


Вернуться назад