Главная > Ümumi > Sakit okeanda itmiş qadınlar 5 aydan sonra tapıldı

Sakit okeanda itmiş qadınlar 5 aydan sonra tapıldı


27-10-2017, 20:34.

                       Sakit okeanda itmiş qadınlar 5 aydan sonra tapıldı

 

Amerikalı hərbçilər quru ilə heç bir əlaqə olmadan Sakit okeanda beş ay qalan iki qadını xilas ediblər. Onların səyahət yaxtası təxminən yarım il neytral sularda idarə olunmaz vəziyyətdə qalıb.

 

"Euronews” telekanalı xəbər verir ki, macəra axtaran qadınlar özləri ilə iki it götürərək may ayında Qonolulu limanından kiçik gəmidə səyahətə çıxıblar. Onlar təkbaşına Taitiyə üzmək istəyiblər. Bütün səyahət bir neçə həftə davam etməli idi. Lakin yaxta qasırğaya düşərək zədələnib və mühərriki sıradan çıxıb.

 

Güclü külək yaxtanı açıq dənizə aparıb. Qadınlar xilas olmaq üçün siqnal göndəriblər, lakin onlar qurudan çox uzaqda idilər və yaxınlıqdan heç bir gəmi keçmirdi. Səyahətçilərin yaxtası Taitidən 8 min kilometr aralanıb və demək olar ki, Yaponiyaya yaxınlaşıb.

 

Bu müddət ərzində qadınlar və onların itləri dəniz suyunu təmizləmə qurğusu, həmçinin yulaf yarması, makaron və düyü kimi qida ehtiyatları sayəsində sağ qala biliblər.

 


Вернуться назад