Главная > Cəmiyyət > Şahin Ağabəylinin vəfatından 7 il ötdü
Şahin Ağabəylinin vəfatından 7 il ötdü27-10-2017, 21:02. |
Bu gün "Milli Yol” qəzətinin və "Poliqon” İnformasiya Agentliyinin (pia.az) təsisçisi və baş redaktoru Şahin Ağabəylinin avtomobil qəzasında faciəvi şəkildə həlak olmasından 7 il ötür. Şahin Ağabəyli 1976-cı ildə yanvarın 27-də Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dünyaya göz açıb. 1993-cü ildə orta məktəbi bitirdikdən sonra mərhum prezident Əbülfəz Elçibəy tərəfindən Türkiyə Kara Harp Okuluna təhsil almaq üçün yollanılan 23 gəncdən biri olub. 1999-cu ildə təhsilini bitirib Bakıya qayıdan Şahin Ağabəyli 2000-ci ildə ordudan tərxis olunub. Elə həmin il Əbülfəz Elçibəy tərəfindən Bütöv Azərbaycan Birliyinin (BAB) nəzdində yaradılan Bütöv Azərbaycan Məktəbinin (BAM) rəhbəri təyin olunub. 2003-cü ildə "Milli Yol” qəzetini təsis edib və qəzetin baş yazarı olub. 2006-cı ildə "Poliqon” İnformasiya Agentliyini, 2009-cu ildə isə baş redaktoru olduğu PİA.AZ saytını təsis edib. Şahin Ağabəyli 2006-cı ildə peşə fəaliyyətinə görə həbs
olunmuş, bir müddət sonra prezident tərəfindən əfv edilmişdi.
Вернуться назад |