Главная > Maraqlı > “Ayfon” sahiblərinə xəbərdarlıq: Sizi izləyirlər

“Ayfon” sahiblərinə xəbərdarlıq: Sizi izləyirlər


27-10-2017, 23:23.

                     "Ayfon” sahiblərinə xəbərdarlıq: Sizi izləyirlər

"Ayfon” kamerası telefon sahibinə xəbərdarlıq etmədən çəkiliş aparmaq imkanına malikdir.

Bu sözləri "Quql” şirkətinin mütəxəssislərindən olan Feliks Kraus deyib.

O bildirib ki, istifadəçilər yüklədiyi mobil proqramlara diqqət etməlidir:

"İstifadəçilərin yüklədiyi mobil tətbiqetmələr kameraya nüfuzetmə imkanına malik olur. Belə proqramlar ön və arxa kameraları işə salıb gizlin şəkildə çəkiliş apara bilir. Beləliklə istifadəçinin vəziyyəti və onun ətrafındakı durum haqqında məlumat əldə edilir”.

Ekspert onu da əlavə edib ki, təhlükəsizliyi təmin etmək üçün kameranın önünü lentlə bağlamaq gərəkdir.

Kraus "Feysbuk”un qurucusu Mark Zukerberqin də belə etdiyini bildirir.//axar.az

 

"ULUYOL"

 

 


Вернуться назад