Главная > Siyasət > Fransa Kataloniyanın müstəqilliyini tanımayıb

Fransa Kataloniyanın müstəqilliyini tanımayıb


27-10-2017, 23:53.

                             Fransa Kataloniyanın müstəqilliyini tanımayıb

 

Fransa hakimiyyəti Kataloniyanın müstəqilliyi haqqında qətnaməni tanımır və dialoqu ancaq rəsmi Madridlə aparmaq niyyətindədir.


"Report”un RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.

"Mən Kataloniyada baş verənləri narahatlıqla izləyirəm. Fransa İspaniyanı vahid və güclü görmək istəyir. Bizim bircə həmsöhbətimiz var – İspaniya hökuməti”, - deyə nazir bildirib.

Bu səbəbdən fransalı nazir İspaniya konstitusiyasına hörmətlə yanaşmağın və qanunun aliliyinin vacibliyini vurğulayıb.

"Fransa Kataloniya parlamenti tərəfindən qəbul edilən müstəqillik haqqında qətnaməni tanımır”, - deyə o əlavə edib.


Вернуться назад