Главная > Cəmiyyət > Əfqan Muxtarlıya təzyiqlər davam edir

Əfqan Muxtarlıya təzyiqlər davam edir


27-10-2017, 20:35.

                                                Əfqan Muxtarlıya təzyiqlər davam edir

Əfqan Muxtarlı onu "Pavel Şeremet jurnalist mükafatı”na layiq görən hər kəsə təşəkkürünü bildirib.

Bu haqda "Basta”ya bu gün onunla 1 saylı Bakı İstintaq Təcridxanasında görüşən vəkil Nemət Kərimli məlumat verib. Qeyd edək ki, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu həbsdə olan azərbaycanlı jurnalist Əfqan Muxtarlını "Pavel Şeremet jurnalist mükafatı-2017″in qalibi elan edib.

Vəkil bildirib ki, həbsxanada Əfqan Muxtarlıya qarşı təzyiqlər və qanunsuz məhdudiyyətlər davam edir.

"Təcridxananın əməkdaşları növbəti dəfə qanunu pozaraq, mənim Əfqan Muxtarlı ilə söhbətimi pəncərədən izlədilər. Həmçinin görüş vaxtı yazdığım qeydləri oxumaq istədilər. Məsələ ilə bağlı yenidən Penitensiar Xidmətin rəhbərliyinə şikayət etdim”, – Nemət Kərimli bildirib.

Ə.Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəraitdə Azərbaycana gətirilib. Ona qarşı Cinayət Məcəlləsinin üç maddəsi – 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhəddi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) ilə ittiham irəli sürülüb.

Əfqan Muxtarlı ittihamları qəbul etməyərək, həbsinin siyasi sifariş olduğunu bildirib.


Вернуться назад