Главная > GÜNDƏM > Fikrət Hüseynli azadlığa buraxıldı
Fikrət Hüseynli azadlığa buraxıldı27-10-2017, 20:50. |
Ukrayna paytaxtı Kiyevdə tutulan azərbaycanlı jurnalist Fikrət Hüseynli azadlığa buraxılıb. Novator.az bildirir ki, oktyabrın 27-də keçirilən məhkəmə iclasında Fikrət Hüseynlinin Azərbaycana ekstradisiya olunmasına dair vəsatət rədd olunub. Hollandiyada yaşayan Fikrət Hüseynli oktyabrın 14-də
Kiyevin Borispol hava limanında Azərbaycanın İnterpola verdiyi sorğu əsasında
tutulmuşdu. Bir neçə il əvvəl Bakıda ona Azərbaycan Respublikasının dövlət sərhədini
qanunsuz olaraq keçmə və dələduzluq ittihamları ilə cinayət işi açılıb. Вернуться назад |