Главная > GÜNDƏM > Türkiyə prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Türkiyə prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb


27-10-2017, 17:05.

                      Türkiyə prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, dövlət başçısı Bakıya oktyabrın 30-da gələcək.

R.T.Ərdoğan həmin gün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ilk səfərinin açılış mərasiminə qatılacaq. Bu mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev və Gürcüstanın baş naziri Gerogi Kvirkaşvili də iştirak edəcək.

Oktyabrın 31-də isə Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısı keçiriləcək. Türkiyə prezidenti iclasda iştirak edəcək.

 


Вернуться назад