Главная > Hadisə > “Polisin əlindən çıxıb pəncərəyə yaxınlaşdım ki, özümü atam öldürəm”

“Polisin əlindən çıxıb pəncərəyə yaxınlaşdım ki, özümü atam öldürəm”


27-10-2017, 21:35.

             "Polisin əlindən çıxıb pəncərəyə yaxınlaşdım ki, özümü atam öldürəm”

 

Redaksiyamıza Şəkidə məskunlaşmış laçınlı məcburi köçkün Taryel Səlim oğlu Mirzəyevin şikayəti daxil olub. O, polis tərəfindən əvvəl təhqirə məruz qaldığını, sonra isə döyüldüyünü iddia edir.

"Mən kolxoz bazarından evə gedən zaman məni Elnur Mahmudov adlı bir polis serjantı saxladı. Yanında bir başqa polis serjantı da vardı. Məni heç bir səbəbsiz təhqir etdi. Əvvəllər də mənə ilişirdi, həmin gün mən içkili olduğum üçün bundan istifadə etdi. Mənə dedi ki, torpaqlarını qoyub qaçıb, gəlib burada anqırırlar” – Taryel Mirzəyev bildirib.

"Məni polis bölməsinə aparmaq istədilər. Dedim mən nə etmişəm ki, məni ora aparasız. Podnojka verib məni yerə yıxdılar, alnım yerə dəyib partladı. Amma qan axa-axa məni sürüyüb PPX maşınına basıb şöbəyə apardılar”, – şikayətçi bildirib.

Taryel Mirzəyev polisə aparıldıqdan sonra da döyüldüyünü iddia edir. O, aldığı xəsarətləri əks etdirən fotoları da "Basta”ya təqdim edib.

"Məni möhkəm döydülər, başıma, ayaqlarıma vururdular. Başım da partlamışdı. Polisin əlindən çıxıb pəncərəyə yaxınlaşdım ki, özümü atam öldürəm. Ondan sonra sakitləşdilər. Amma məni sutkayarım polisdə saxladılar, sonra buraxdılar”, – şikayətçi bildirir.

Məsələ ilə əlaqədar Şəki rayon polis şöbəsinə müraciət etdik. Adının çəkilməsini istəməyən polis məmuru onlarda Taryel Mirzəyev adlı şəxsin saxlanması haqqında hər hansı material olmadığını bildirdi.//bastainfo.com

 

 


Вернуться назад