Главная > İdman > İspaniya La Liqası da videotəkrar sisteminə keçir

İspaniya La Liqası da videotəkrar sisteminə keçir


26-10-2017, 21:10.

                             İspaniya La Liqası da videotəkrar sisteminə keçir

 

2018/2019 futbol mövsümündən etibarən İspaniya La Liqasında videotəkrar sistemindən istifadə ediləcək.

"Report” "Cadena SER” radiosuna istinadən xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının prezidenti Xuan Luis Larrea İtaliya A seriyasından və Almaniya Bundesliqasından örnək götürmək fikrindədir.

"Bu bizim niyyətimizdir. Texnologiyalar futbola daxil edilir və bunu qəbul etməliyik. Gələn mövsümdən videotəkrar sistemini tətbiq etməyi planlaşdırırıq”, - X.L.Larrea radionun efirində söyləyib.

Qeyd edək ki, La Liqa "Top-5” liqaları arasında topun qapı xəttini keçib-keçməməsi texnologiyasından yararlanmayan yeganə çempionatdır.

 


Вернуться назад