Главная > İdman > Kasilyas "Liverpul"a keçə bilər

Kasilyas "Liverpul"a keçə bilər


26-10-2017, 20:44.

                         Kasilyas "Liverpul"a keçə bilər

 

"Portu"nun qapıçısı İker Kasilyas karyerasını İngiltərədə davam etdirə bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "Liverpul” 36 yaşlı qolkiperi transfer etmək istəyir.

Komandanın baş məşqçisi Yurgen Kloppun Kasilyasın keçidi ilə bağlı klub rəhbərliyi ilə danışdığı bildirilir.
Maliyyə problemləri ilə üzləşən "Portu" da təcrübəli qapıçını göndərmək fikrindədir. Klub rəhbərliyi ilinə 5 milyon avro qazanan ispaniyalı qolkiperi göndərməklə büdcəyə qənaət etmək istəyir.

Qeyd edək ki, İspaniya millisinin və "Real"ın sabiq 2015-ci ildən "Porto”da çıxış edir.

 


Вернуться назад