Главная > Kriminal > Xırdalanda atışma: polis iki silahlını məhv etdi

Xırdalanda atışma: polis iki silahlını məhv etdi


26-10-2017, 00:21.

                       Xırdalanda atışma: polis iki silahlını məhv etdi

 

Abşeron rayonu Xırdalan şəhərində polis əməkdaşları ilə silahlı şəxslər arasında insident baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində, dəmir yolu xəttinin yaxınlığında baş verib.

İlkin məlumata görə, hüquq mühafizə orqanı əməkdaşları iki silahlı şəxsin saxlanılması istiqamətində əməliyyat keçiriblər. Silahlı şəxslər müqavimət göstəriblər, güc strukturlarının əməkdaşları hər iki silahlını zərərsizləşdirib.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb.

Yaxınlıqda yaşayan sakinlər arasında zərərçəkən yoxdur. Zərərsizləşdirilmiş şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.

 


Вернуться назад