Главная > Dünya > Minlərlə nümayişçi Moldova Parlamentini mühasirəyə aldı

Minlərlə nümayişçi Moldova Parlamentini mühasirəyə aldı


20-01-2016, 23:11.
 
Moldova paytaxtı Kişinyovda parlamentin binası qarşısında etiraz aksiyaları başlayıb.
 
Minlərlə aksiyaçı parlament binasını mühasirəyə alıb. Parlamentdə hökumətin yeni tərkibinin təsdiqlənməsi üçün iclas keçirildiyi bir zamanda aksiyaçıların binaya yaxınlaşmasının qarşısını almağa çalışan polislə etirazçılar arasında qarşıdurma olub. Parlamentin binası qarşısına polis səddi çəkilib. Qeyd edək ki, Moldova ötən il 29 oktyabrından hökumətsiz qalıb. Nazirlər Kabineti istefaya göndərilib.
 
Liberal-Demokrat Partiyasının sədr müavini Valeri Strelsovun rəhbərlik etdiyi kabinet ölkədə iqtisadi yüksəlişə nail olmadığına görə istefaya göndərilmişdi. Həmin dövrdən etibarən Moldova küçələrində aksiyalar keçrilir. Parlament bu gün Demokrat Partiyasının nümayəndəsi Pavel Filipin baş nazir postuna təyinatını təsdiqləyib. 101 deputatdan 57-i onun lehinə səs verib. 
 
 
ULUYOL.İNFO

Вернуться назад