Главная > Dünya > Qazaxıstanda növbədənkənar parlamenti martın 20-də keçiriləcək

Qazaxıstanda növbədənkənar parlamenti martın 20-də keçiriləcək


20-01-2016, 22:18.
Qazaxıstanda növbədənkənar parlamenti martın 20-də keçiriləcək
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstan Respublikası Parlamenti Məclisinin beşinci çağırış deputatlarının buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb.

AzərTAc xəbər verir ki, Məclisə növbədənkənar seçkilər 2016-cı il martın 20-nə təyin edilib.

Xatırladaq ki, Qazaxıstan parlamenti bu barədə ölkə prezidenti Nursultan Nazarbayevə müraciət ünvanlamışdı. Müraciətdə Məclis palatanın vaxtından əvvəl buraxılmasını və 2016-cı ildə növbədənkənar seçkilərin təyin olunmasını xahiş etmişdi.

Вернуться назад