Главная > İdman > İdmançımız ermənini məğlub edərək dünya çempionu oldu
İdmançımız ermənini məğlub edərək dünya çempionu oldu22-10-2017, 08:46. |
İdmançımız ermənini məğlub edərək dünya çempionu olduXorvatiyanın paytaxtı Zaqreb şəhərində gənc cüdoçular arasında keçirilən dünya birinciliyində fərdi yarışlar başa çatıb. Mötəbər yarışın sonuncu günü Azərbaycan millisi daha bir uğura imza atıb. 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Zelim
Kotsiyev finala gedən yolda Koreya, Özbəkistan, Avstriya və Tacikistandan olan
rəqiblərinə qalib gəlib. Həlledici qarşılaşmada Kotsiyevin rəqibi erməni əsilli
Rusya idmançısı Armen Adamyan olub. Cüdoçumuz bu görüşdə əzmkar mübarizə
apararaq qələbə qazanıb. Zaqrebdə Azərbaycan cüdoçusuna dünya birinciliyinin
qızıl medalı təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli
bayrağımız qaldırılıb.
Вернуться назад |