Главная > GÜNDƏM > Yaponiyada növbədənkənar parlament seçkiləri keçirilir

Yaponiyada növbədənkənar parlament seçkiləri keçirilir


22-10-2017, 10:43.

                           Yaponiyada növbədənkənar parlament seçkiləri keçirilir

 

Bazar günü Yaponiya Parlamentinin Aşağı Palatasına növbədənkənar seçkilərə start verilib. Ölkə üzrə ümumilikdə təqribən 47 min seçki məntəqəsi açılıb.

"Report” TASS-a istinadən xəbər verir ki, səsvermənin yekunu üzrə 465 deputat seçiləcək. Onlardan 289 nəfəri birmandatlı dairə üzrə, 176-sı isə partiya siyahsı üzrə seçiləcək.

Parlamentin Aşağı Palatasındakı deputat yerlərinə ümumilikdə 1180 namizəd iddia edir.

 


Вернуться назад