Главная > GÜNDƏM > Kataloniyada Madridə qarşı böyük etiraz başlandı

Kataloniyada Madridə qarşı böyük etiraz başlandı


21-10-2017, 22:23.

                           Kataloniyada Madridə qarşı böyük etiraz başlandı

 

Barselonada Kataloniyanın müstəqilliyinə dəstək yürüşü başlayıb.

Axar.az xəbər verir ki, yürüş iştirakçıları muxtariyyətin məhdudlaşdırılması və Kataloniya hökumətinin buraxılmasına etiraz edirlər. Yürüşdə Kataloniya Baş naziri Karlos Puçdemon, Kataloniya hökumətinin bütün üzvləri, Barselona meri və şəhər administrasiyalarının rəhbərləri iştirak edirlər. Etirazçılar aksiyada müstəqillik, demokratiya kimi şüarlar səsləndirirlər.

Qeyd edək ki, bundan öncə İspaniya hökuməti Kataloniya hökumətinin buraxılması haqqında qərar qəbul edib.

 


Вернуться назад