Главная > Siyasət > Sergey Lavrov Avropa Şurasının baş katibi ilə görüşüb

Sergey Lavrov Avropa Şurasının baş katibi ilə görüşüb


20-10-2017, 19:24.

                      Sergey Lavrov Avropa Şurasının baş katibi ilə görüşüb

 

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Avropa Şurasının baş katibi Torbyörn Yaqland arasında görüş keçirilib.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşün yalnız protokol hissəsi mediaya açıq olub.

S. Lavrov görüşdə Rusiya və Avropa Şurası arasında qarşılıqlı fəaliyyətə dair kompleks məsələləri müzakirə edəcəklərini bildirib: "Biz hər zaman Avropa Şurasına müstəqil və unikal Avropa təşkilatı kimi baxmışıq, bundan sonra da baxacağıq. Avropa Şurası öz unikal konvensiya mexanizmi ilə humanitar və hüquq məkanının vahidliyini təmin edir. Mənə elə gəlir ki, Avropa Şurasının əhəmiyyəti hazırkı vəziyyətdə, yəni Avropa ölkələrinin problemlərlə qarşılaşdığı vəziyyətdə daha da artır. Bunlar Avropada miqrantların, azlıqların hüquqları ilə bağlı, habelə ekstremist əhval-ruhiyyənin, o cümlədən neonasist tendensiyanın yüksəlməsi və dini dözümsüzlük problemlərdir".

S. Lavrov Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Rusiya ilə bağlı yaranmış vəziyyətdən, deputatların ayrı-seçkiliyə məruz qalmasından narahatlığını ifadə edib: "Biz sizin bu problemi həll etmək səylərinizi qiymətləndiririk. Əminəm ki, siz Rusiya parlamentinin hər iki palatasının lideri ilə görüşdə bu məsələlərə toxunmusunuz".

T. Yaqland isə görüşdə Rusiya nümayəndə heyətinin AŞPA-ya qaytarılmasını müzakirə etmək niyyətində olduğunu bildirib: "Bir sıra məsələləri, o cümlədən Rusiya parlamentinin nümayəndə heyətinin AŞPA-ya necə qaytarılmasını müzakirə etmək üçün buradayam".


Вернуться назад