Главная > Siyasət > İran islam dünyasını ABŞ-a qarşı birləşməyə çağırıb

İran islam dünyasını ABŞ-a qarşı birləşməyə çağırıb


20-10-2017, 09:47.

                  İran islam dünyasını ABŞ-a qarşı birləşməyə çağırıb

 

İslam dünyası Yaxın Şərqdəki problemlərin həllində həmrəy olmalıdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın birinci vitse-prezidenti İshaq Cahangiri söyləyib.

"İslam dünyası kifayət qədər ciddi problemlərlə üz-üzə qalıb. Ona görə də böyük müsəlman ölkələri məcburən birləşməlidir ki, effektiv həll yolu tapa bilsinlər. Yalnız birləşməklə ABŞ və İsrailin Yaxın Şərqdə böhran cəhdlərinə qarşı dayanmaq olar”, - o bildirib.

 


Вернуться назад