Главная > Aktual > 100 min kürd azərbaycanlıların şəhərini tərk etdi

100 min kürd azərbaycanlıların şəhərini tərk etdi


19-10-2017, 21:36.

               100 min kürd azərbaycanlıların şəhərini tərk etdi

 

İraq ordusunun Kərkükü nəzarətə götürməsindən sonra 100 minə yaxın kürd şəhəri tərk edib.

Axar.az xəbər verir ki, bu sözləri Ərbil valisi Navazd Xadi deyib.

Onun sözlərinə görə, 18 min kürd ailəsi Kərkükü və Tuzhurmatunu tərk edərək Ərbil və Süleymaniyyə şəhərlərində sığınacaq tapıb.

Bundan əlavə, kürd lider Bərzaninin müavini Xemid Xavrami isə Tvitter hesabında kürdlərin İraq ordusunun soyğunçuluğundan və zülmündən qaçdığını yazıb.

Qeyd edək ki, İraq Baş naziri Heydər Abadi Kərkükdə təhlükəsizliyin təmin olduğu barədə bəyanat vermişdi.

 

 
Uluyol.az

Вернуться назад