Главная > Kriminal > Araşdırmaçı jurnalistin qətli ilə bağlı məlumata mükafat veriləcək

Araşdırmaçı jurnalistin qətli ilə bağlı məlumata mükafat veriləcək


19-10-2017, 20:07.

Araşdırmaçı jurnalistin qətli ilə bağlı məlumata mükafat veriləcək

 

Maltanın baş naziri Cozef Muskat bazar ertəsi öldürülən maltalı araşdırmaçı jurnalist Dafne Qalizianın ölümü ilə bağlı məlumata görə "böyük” mükafat təklif edir.

 

Qalizia Malta hökümətində korrupsiya hallarını araşdırırdı. O, evini tərk edəndən qısa müddət sonra maşınına yerləşdirilmiş bombanın partlaması nəticəsində həlak olub. Oğlu partlayışa şahid olsa da, ona yardım edə bilməyib.

Federal Təhqiqat Bürosu və niderlandlı məhkəmə ekspertləri cinayətlə bağlı istintaqa yardım etmək üçün Maltadadır.

Qalizianın Malta rəsmilərinin vergidən yayınmaq üçün ofşor şirkətlər və banklardan istifadəsi ilə bağlı araşdırmasında şübhəlilərdən biri də elə Muskat olub.

Baş nazir bu itthamları rədd edib, Qalizianı məhkməyə verib.//bastainfo

 


Вернуться назад