Главная > Baş Xəbər > Azərbaycanın müstəqilliyinin əleyhinə səs verənlər - SİYAHI
Azərbaycanın müstəqilliyinin əleyhinə səs verənlər - SİYAHI18-10-2017, 21:28. |
Azərbaycanın müstəqilliyinin əleyhinə səs verənlər -SİYAHIBu gün Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 26-cı ildönümüdür. 26 il öncə - 1991-ci ilin bu günü Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında" Konstitusiya Aktını qəbul edib. O zaman Dövlət Müstəqilliyimizin lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib. 31 deputat Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin əleyhinə səs verib. Digərləri isə iclasa qatılmayıb. Dövlət Müstəqilliyimizin əleyhinə səs verənləri təqdim edirik: 1. Arif Rəhimzadə - deputat 2. Yaşar Əliyev - Azərbaycanın Çindəki sabiq səfiri 3. Abbas Abbasov - baş nazirin sabiq birinci müavini 4. Fikrət Sadıqov - "Azərkimya" DŞ-nin keçmiş prezidenti 5. Samur Novruzov - sabiq deputat, vəfat edib 6. Eldar İbrahimov - deputat, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri 7. Şaitdin Əliyev - sabiq deputat, MSK üzvü 8. Gülnarə Qurbanova - sabiq deputat 9. Mixail Zabelin - deputat 10. Sultan Məmmədov - sabiq deputat, biznes fəaliyyətilə məşğuldur 11. Zeynəb Xanlarova - Xalq artisti, deputat 12. Madər Musayev - deputat 13. Yaşar Rzayev - sabiq deuptat, Lənkəranın keçmiş icra başçısı 14. Gennadi Timoşenko - sabiq deputat 15. Həsən Həsənov - keçmiş baş nazir və xarici işlər naziri, Polşadakı səfir 16. Əli Həsənov - Baş nazirin müavini, "Qaçkınkom"un sədri 17. Şair Həsənov - Tikinti və Arxitektura Komitəsinin sabiq sədri, keçmiş nazir 18. İrşad Əliyev - sabiq kənd təsərrüfatı naziri, Beyləqanın keçmiş icra başçısı 19. Əhməd Əhmədzadə - Su və Meliorasiya komitəsinin sədri 20. Aslan Süleymanov - sabiq deputat 21. Arif Ağayev - Yasamal və Samuxun keçmiş icra başçısı 22. Şamil Həsənov - Ağcəbədinin keçmiş icra başçısı 23. Sahib Əkbərov - Kəlbəcərin sabiq icra başçısı 24. Tapdıq Kamalov - sabiq deputat 25. Rüfət Əsədov - Nazirlər Kabinetində sabiq şöbə müdiri 26. Tofiq Bağırov - Cəlilabadın keçmiş icra başçısı 27. Arif Mövsümov - Nazirlər Kabinetində sabiq şöbə müdiri, vəfat edib 28. Cahangir Hüseynov - sabiq deputat 29. Mirhəmzə Əfəndiyev - Belçikadakı sabiq səfir 30. Telman Orucov - Sabiq deputat 31. Çingiz Sadıqov - sabiq deputat, vəfat edib
(qaynarinfo)
Вернуться назад |