Главная > İdman > “Qarabağ”dan sensasiya – 10 nəfərlə “Atletiko”dan xal aldı

“Qarabağ”dan sensasiya – 10 nəfərlə “Atletiko”dan xal aldı


18-10-2017, 22:07.

                      "Qarabağ”dan sensasiya – 10 nəfərlə "Atletiko”dan xal aldı

 

Bu gün "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.


Qol.az-ın məlumatına görə, Ağdam klubu üçüncü turda "Atletiko”nu qəbul edib. "Qarabağ” ilk dəfə İspaniya klubu ilə üz-üzə gəlib.

90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Son 15 dəqiqəni çempionumuz azlıqda keçirsə də, qapısının toxunulmazlığını qoruya bilib– 0:0. Bununla da "Qarabağ” ilk dəfə ÇL-in qrupunda xal qazanıb.

Qeyd edək ki, Qurban Qurbanovun komandası İngiltərədə keçirdiyi ilk matçda "Çelsi”yə 0:6, Bakıda isə İtaliya təmsilçisi "Roma”ya 1:2 hesabı ilə uduzub.

Qrupun digər görüşündə "Roma” "Çelsi”nin qonağı olacaq.

18 oktyabr

Çempionlar Liqasının qrup mərhələsi, 3-cü tur

"Qarabağ” – "Atletiko” – 0:0
Qırmızı vərəqə:Ndlovu, 75

22:45. "Çelsi” – "Roma”

1.

Çelsi

2

2

0

0

8:1

6

2.

Roma

2

1

1

0

2:1

4

3.

Atletiko

3

0

2

1

1:2

2

4.

Qarabağ

3

0

1

2

1:8

1

 


Вернуться назад