Главная > Mövqe > Erkin Qədirli: “İlqar Məmmədovla mənim aramı vurmağa çalışırdılar”

Erkin Qədirli: “İlqar Məmmədovla mənim aramı vurmağa çalışırdılar”


18-10-2017, 21:07.

Erkin Qədirli: "İlqar Məmmədovla mənim aramı vurmağa çalışırdılar”

REAL Hərəkatının İdarə Heyyətinin üzvü Erkin Qədirli siyasətdən getməsi məsələsinə münasibət bildirib.

Abzas.net xəbər verir ki, Qədirli REAL-dan getmədiyini bildirib.

"Mən REAl-dan getmirəm, REAl-da qalıram. Sadəcə, qurultaydan sonra qurulacaq vəzifələrdə yer almayacağam. Bunu çox aydın yazmışdım. Nədənsə, bunu "REAl-dan getdi” kimi yozanlar oldu” – deyə Erkin Qədirli əlavə edib.

Burdayam!

Qədirli bildirir ki, o, REAl-ın qurucularından biridir.

"REAl mənim üçün çox doğmadır, oradakı insanları özümə yoldaş (eyni yolla gedənlər) sayıram. Bəzilərilə yaxın dostam. Mən inandığım dəyərlərə və qazandığım dostlara sadiq adamam. Hər şeyi atıb getdiyimi düşünənməyinizə gərək yoxdur. Buradayam!” – deyə əlavə edir.

Erkin Qədirli deyir ki, heç zaman REAl-a siyasi karyera fürsəti kimi baxmayıb. Heç zaman heç bir vəzifədə gözü olmayıb. REAl-da iki yüksək vəzifədən gedib.

İlqar Məmmədovla aramı vurmağa çalışırdılar

"Mən hər zaman REAl-ı düşünür, onun uğuru üçün çalışıram. REAl yenicə qurulanda mən, İlqar Məmmədovla birlikdə, həmsədr vəzifəsində oldum. Sonra gördüm ki, bayırdan (iqtidardan və müxalifətdən) İlqarla mənim aramı vurmağa çalışırlar. İlqarı mənə, məni də İlqara pisləyirlər. Hər zaman olduğu kimi, onda da sistemli düşündüm. Anladım ki, problem sistemdədir – nə qədər ki, həmsədrlik olacaq, bayırdan içimizdə intriqa salmaq istəyənlər də olacaq. Unutmayın, problem şəxsiyyətlərdə deyil, fürsətlər sistemində olur. Sistemi elə qurmaq gərəkdir ki, şəxsiyyətlərin keyfiyyətləri işin keyfiyyətinə təsir göstərməsin (ya da bunun riski mümkün qədər az olsun). Daha sonra, mən Məclis Başqanlığından getdim. Etdiyim bir yanlışa görə çıxarıldım. Özümü düşünsəydim, kobud yanlışa görə yüksək vəzifədən çıxarılandan sonra təşkilatdan da gedərdim. Amma mən onda da REAl-ı düşündüm. Hekayəsini elə qurdum ki (dostlarla birlikdə), həmin durumdan REAl uğurla çıxa bildi, artdı və böyüdü.

Mənim siyasətə baxışım "vəzifə axtarışı”nda (office-seeking) deyil. Mən siyasəti "nəticə axtarışı” (policy-seeking) kimi görürəm. Düşündüklərimi özüm deyil, başqaları yerinə yetirəndə də razı qalıram. Təki düşündüyüm və istədiyim nəticə alınsın. Bunun üçün mənə vəzifə gərək deyil.

Mən ümumiyyətlə vəzifə adamı deyiləm. Güclü və zəif tərəflərimi yaxşı bilirəm. Heç bir vəzifə mənim güclü tərəfimi daha da güclü edəsi deyil. Amma istənilən vəzifə mənim zəif tərəflərimi daha da zəif edəcək. Nəticədə, bir tək mən deyil, REAl da zəifləyəcək. Vəzifə mənə darıxdırıcı gəlir, düşüncələrimi sıxır. Mənim davranışlarım intizamsız ola bilir, amma düşüncələrimdə intizamlıyam. Düşüncə intizamı düşüncələrin yekunda doğru olacağına heç bir zəmanət vermir. Burasını yanlış anlamayın. Dediyim odur ki, düşündücələrimdə (onların bəziləri yanlış ola bilsə də) ardıcıl oluram (daxili məntiqi pozmuram, arqumentsiz qoymuram). İstənilən vəzifə mənə bu işdə mane olasıdır.

Uzun sözü qısası, REAl-dan getmirəm, REAl-da qalıram, amma vəzifə tutmayacağam. REAl-ın yanında olacağam, onu müdafiə edəcəyəm. REAl-ın zəiflədiyini düşünənlər sevinməsin.

Abzas.net

 


Вернуться назад