Главная > Siyasət > Türkiyə parlamenti fövqəladə vəziyyət rejimini daha üç ay müddətinə uzadıb

Türkiyə parlamenti fövqəladə vəziyyət rejimini daha üç ay müddətinə uzadıb


17-10-2017, 21:47.

Türkiyə parlamenti fövqəladə vəziyyət rejimini daha üç ay müddətinə uzadıb

 

Türkiyə parlamenti fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması barəsində qərar çıxarıb.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin bununla bağlı Türkiyə Böyük Millət Məclisinə (TBMM) oktyabrın 16-da təqdim etdiyi qanun layihəsi qəbul edilib.
Qərar oktyabrın 19-da Bakı vaxtı ilə saat 02:00-da qüvvəyə minəcək və 2018-ci il yanvarın 19-dək davam edəcək.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun15-də dövlət çevrilişinə cəhddən sonra tətbiq olunub.


Вернуться назад