Главная > Hadisə > Qobustanda doğuş zamanı ana və körpəsi dünyasını dəyişib

Qobustanda doğuş zamanı ana və körpəsi dünyasını dəyişib


17-10-2017, 21:22.

                       Qobustanda doğuş zamanı ana və körpəsi dünyasını dəyişib

 

Qobustan rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində doğuş zamanı ana və övladı dünyasını dəyişib.

Bu, 1988-ci il təvəllüdlü Günəşova Zümrüd Nəzir qızının üçüncü hamiləliyi olub. Onun iki oğul övladı var. Yeni doğularaq dünyasını dəyişən körpə isə qız uşağı idi.
Mərhumun yaxınları ana və körpənin ölümündə həkimləri ittiham edirlər.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад