Главная > Ölkə / Cəmiyyət > Arif Hacılı 20 Avropa ölkəsinin səfirləri ilə görüşdü

Arif Hacılı 20 Avropa ölkəsinin səfirləri ilə görüşdü


24-10-2015, 10:06.

Arif Hacili 2Oktyabrın 23-ü Müsavat Partiyasının başqanı Arif Hacılı Avropa İttifaqının Bakıdakı ofisində Avropa İttifaqına daxil olan 20 Avropa ölkəsinin səfirləri ilə görüşüb.

Müsavatdan "Basta"ya verilən məlumata görə, görüşdə ölkəmizdə ictimai-siyasi vəziyyət, Parlament seçkilərinin gedişi,  Avrointeqrasiya məsələləri, Qarabağ konfliktinin ədalətli həlli yolları, siyasi məhbuslar problemi, Avropa İttifaqı strukturları ilə Müsavat Partiyasının əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə olunub.

Tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi və intensivləşdirilməsinin zəruriliyini qeyd ediblər. 

bastainfo.com


Вернуться назад