Главная > Kriminal > "Panama sənədləri"ni araşdıran jurnalist öldürüldü

"Panama sənədləri"ni araşdıran jurnalist öldürüldü


16-10-2017, 23:45.

                                 "Panama sənədləri"ni araşdıran jurnalist öldürüldü

 

Oktyabrın 16-da, günorta saatlarında Maltanın korrupsiya üzrə araşdırmaçı jurnalisti Karuana Qalizia evinin yaxınlığında avtomobilinə mindikdən az sonra partladılıb.

 

Bu barədə "The Guardian" məlumat yayıb. 

 

Məlumatda deyilir ki, avtomobil güclü partlayışdan sonra parçalanaraq ətrafa dağılıb.

 

53 yaşlı Karuana Maltada korrupsiya faktları və Panama sənədlərinin araşdırılmasına rəhbərlik edib. 

 

Bu yaxınlarda jurnalist "Politica" saytı tərəfindən "wikileaks qadın" kimi təsvir edilmişdi.

 

O, Maltanın baş nazirini Azərbaycan hakimiyyəti ilə korrupsiya əlaqələrinə görə istefaya çağırırdı. 

 

Jurnalistin korrupsiyada ittiham etdiyi baş nazir Jozef Muskat baş verən hadisəni "barbar hücumu" adlandırıb. 

 

Məlumata görə Qaliza 15 gün öncə ölüm təhdidləri alması barədə polisə müraciət edib.///toplum.tv

 


Вернуться назад