Главная > Aktual > Pentaqon İraq Silahlı Qüvvələrinin Kərkükə daxil olması ilə bağlı açıqlama verib

Pentaqon İraq Silahlı Qüvvələrinin Kərkükə daxil olması ilə bağlı açıqlama verib


16-10-2017, 20:54.

Pentaqon İraq Silahlı Qüvvələrinin Kərkükə daxil olması ilə bağlı açıqlama verib

 

ABŞ Müdafiə nazirliyi(Pentaqon) İraq Silahlı Qüvvələrinin Kərkükə daxil olması ilə bağlı açıqlama verib.

 

"Report" "Haber7"yə istinadən xəbər verir ki, məlumatda ABŞ rəhbərliyi altındakıkoalisiya qüvvələrinin Kərkük yaxınlığında olduğu bildirilib.

Qeyd edilib ki, ABŞ hərbçiləriİraq Silahlı Qüvvələri ilə "peşmərgə" yaraqlıları arasında qarşıdurma zamanı şəhərdə olmayıblar.

"Bölgədəki amerikalı yüksək rütbəli hərbçilər həm İraq Silahlı Qüvvələrini, həm də "peşmərgə" yaraqlılarını bir-birlərinə qarşı silah işlətməməküçün təmkinli olmağa çağırıb. ABŞ hərbçilərininKərkük yaxınlığında olması heç bir qüvvəyətəhlükə yaratmır", - açıqlamada vurğulanıb.

 


Вернуться назад